Bakıya gələn “Arsenal” futbolçularını aeroportda London klubunun bir qrup azərbaycanlı pərəstişkarı qarşılayıb.
Sportinfo.az xəbər verir ki, İTV-nin reportajında “Arsenal” oyunçularının Bakıya gəlişi, azərbaycanlı azarkeşləri tərəfindən qarşılanması ilə yanaşı, “Fairmont” otelinə gəldikləri və orada hətta azarkeşlərdən birinin Məsud Özil ilə selfi çəkdirməyə müvəffəq olduğunu əks etdirən görüntülər yer alıb.
Türk mənşəli Almaniya futbolçusu Bakıya gəlməzdən əvvəl Azərbaycandakı azarkeşlərinə müraciət etmişdi: "Azərbaycanlı qardaşlar! Biz bunu etdik – biz finaldayıq! Bakıda görüşənədək".


