"Bu cür məsələ müzakirə mövzusu ola da bilməz“

27 May 2019 11:00 Avropa Liqası 454
"Bu cür məsələ müzakirə mövzusu ola da bilməz“

“Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz“.

Sportinfo.az xəbər verir ki, deputat Sevinc Fətəliyeva Avropa Liqasının finalı ərəfəsində Azərbaycana yönəlik haqsız tənqidlərə münasibət bildirib.

Parlamentarii hesab edir ki, manipulyasiyalar nəticəsiz qalacaq və ölkəmiz növbəti dəfə idman tarixinə mükəmməlliyi ilə yeni səhifə əlavə edəcək.

O, “Amnesty İnternational” təşkilatının final barədə fikirlərinə münasibət bildirərkən vurğulayıb ki, beynəlxalq idman yarışının siyasiləşdirilməsi anti-Azərbaycan qüvvələrin qərəzinin nümunəsidi:

”Henrik Mxitaryan son dövrlər heç bir maraqlı performans və peşəkar oyun təqdim etmir, karyerası bitməkdə olan bir idmançının məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti