İngiltərə KİV-i Bakı finalı üçün daha bir "problem tapdı"

27 May 2019 09:12 Avropa Liqası 650
İngiltərə KİV-i Bakı finalı üçün daha bir "problem tapdı"

İngiltərə mətbuatı Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün daha bir "problem tapıb".

Sportinfo.az xəbər verir ki, britaniyalılar indi də oyun zamanı tribunaların boş olacağını proqnozlaşdırır.

"Çelsi" və "Arsenal"ın finala vəsiqə qazandığı gündən bəri min cür bəhanələr icad edən ingilislər əvvəl onlara az bilet ayrılmasından narahat idilərsə, indi həmin biletləri sata bilmədiklərini vurğulayıblar.

Məsələ burasındadı ki, "Arsenal" cəmi 3500, "Çelsi" isə 2000 bilet sata bilib. Qalan 6000-ə yaxın bilet isə geri qaytarılıb.

Yerli KİV iddia edir ki, oyun zamanı 68000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun tribunalarında boş yerlər çox olacaq.

Mayın 29-da keçiriləcək qarşılaşma yerli vaxtla 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"