"Üç ilə yaxındı burdayam, hər 6 aydan bir gedəcəyim yazılır"

26 May 2019 18:48 Avropa Liqası 555
"Üç ilə yaxındı burdayam, hər 6 aydan bir gedəcəyim yazılır"

"Arsenal"ın müdafiəçisi Şkodran Mustafi komandasını dəyişəcəyi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı futbolçu "topçular"ı tərk etmək fikrində olmadığını deyib.

İddiaya əsasən, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final qarşılaşmasından sonra Almaniya millisinin üzvü başqa kluba keçəcək.

Lakin Mustafi bu məlumatı təkzib edib: "Bilmirəm bu xəbərlər hər dəfə hardan çıxır. Üç ilə yaxındı burdayam, hər 6 aydan bir komandadan gedəcəyim yazılır.

Hazırda "Arsenal"ın futbolçusuyam, klubla müqavilə müddətim 2021-ci ilə qədərdi.

İndiki duruma əsasən deyə bilərəm ki, finalda meydana çıxsam da, çıxmasam da, "Arsenal"ın futbolçusu kimi son oyunum Bakıda olmayacaq.

Zaman hadisələrin axarını dəyişəcəkmi, bunu yaşayıb görəcəyik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti