Mayın 29-da nəinki Avropanın, bütün dünyanın gözü Bakıda olacaq
Həmin gün paytaxtımızın Avroliqanın finalı keçiriləcək.
İndiyədək kuboka 28 klub sahib çıxıb (onlardan 12-si ən azı iki dəfə), «Arsenal» cəmi 29-cu, ümumən, Avroqalib adını qazanmış 6-cı ingilis klubu olmağa iddialıdı. İndi görək kim kimi üstələyəcək?
Qazanclardan bəhs edək. Builki yarışın yekunlarına görə, 560 milyon avro mükafat paylanacaq.
İlkin təsnifata 220 min, birinciyə 240 min, ikinciyə 260 min, üçüncüyə 280 min, pley-offa 300 min avro ödənilib.
«Çelsi» ilə «Arsenal» birbaşa qrup mərhələsində mübarizə aparıblar. Bu səbəbdən onların qazancı 2 milyon 620 min avro ilə başlayıb.
Daha sonra qələbəyə görə 570 min, heç-heçəyə 190 min avro mükafat verilib.
«Qarabağ»la bir qrupdan çıxmış «Arsenal», eləcə də «Çelsi» 5 qələbə qazanıb, 1 dəfə «sülh»lə razılaşıblar.
Heç-heçələrə görə əldə qalan məbləin də hamısı nəticəyə uyğun olaraq, klublar arasında b.lüşdürülüb. Qrup qalibi 1 milyon, ikinci yer sahibi 500 min avro bonus alıb.
Sonrakı mərhələlər üzrə məbləğin bölünməsi bu qayda ilə aparılıb: 1/16 final – 500 min, 1/8 final 1,1 milyon, 1/4 final – 1,5 milyon, 1/2 final – 2,4 milyon.
Finalda qələbəyə görə 8 milyon 500 min, məlubiyyətə isə 4 milyon 500 min avro mükafat düşür.
Superkuboka vəsiqə əldə etdiyi üçün Avropa liqasının qalibinə daha 3,5 milyon avro mükafat veriləcək. Təbii ki, bunlar minimal qazanclardır. Yekuna əsasən, daha da arta bilər.
Beləliklə, 2015-ci ildə Berlində Mixael Kadelbaxın rəhbərliyi ilə yazılmış himnin sədaları altında tarixdə ilk dəfə bir şəhər başqa bir şəhərin iki əzəli rəqibinin derbisinin məkanına çevriləcək.
Bakı bütün infrastrukturu ilə bu möhtəşəm rəqabətə ev sahibliyi etməyə hazırdı. Qalanını isə meydan rəqabəti göstərəcək.
BATI YAR
FİNAL
“Çelsi” (London, İngiltərə) – “Arsenal” (London, İngiltərə)
29 may. 23:00. Bakı. Olimpiya stadionu.
Hakimlər: Canluka Rokki - Filippo Meli, Lorentso Manqanelli - Daniele Orsato (İtaliya).
VAR hakimləri: Massimiliano İrrati (İtaliya) - Marko Qvida (İtaliya), Şımon Marçinyak (Polşa) - Pavel Sokolniçki (Polşa).

