Van Persi: "Azərbaycanda zirvə "Arsenal"ın olacaq"

26 May 2019 20:24 Avropa Liqası 440
Van Persi: "Azərbaycanda zirvə "Arsenal"ın olacaq"

Hollandiyanın əfsanəvi futbolçularından Robin van Persi Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının final oyunu barədə fikir səsləndirib.

Sportinfo.az xəbər verir ki, karyerasını yenicə başa vuran 36 yaşlı hücumçu sabiq komandası "Arsenal"ı finalda bir addım öndə görür.

Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. O, 2004-2012-ci illərdə şərəfini qoruduğu "topçular"ın titula yiyələnəcəyini proqnozlaşdırıb:

"Şəxsən mən "Arsenal"ın kuboku qazanmaq şansını daha çox görürəm. Onlar nisbətən güclüdülər.

Düzdü, "Çelsi"nin Eden Azar kimi təhlükəsi var. O, xüsusi futbolçudu və istədiyi zaman hadisələri dəyişə bilir.

Bununla belə, Azərbaycanda zirvə "Arsenal"ın olacaq. Təbii ki, mən də keçmiş komandamı dəstəkləyəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!
25 Avqust 00:40 "Biz böyük komandayıq"