“Çelsi” və “Arsenal” ideal şəraitdə yaşayırlar.
Onların kifayət qədər pulu və xüsusi təyyarələri var.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger deyib.
22 il “topçuları” çalışdırmış fransalı mütəxəssis Bakıda keçiriləcək Avropa Liqası finalı haqqında danışıb. O bildirib ki, Azərbaycandan “Arsenal”a azarkeşlik edəcək:
“Həmişə “Arsenal”a azarkeşlik edəcəm. Həyatım bu klubda keçib. Onları fanat kimi izləyəcəm.
Azərbaycanda da durum fərqli olmayacaq. Əgər “Çelsi” ilə matçdan qalib ayrılsalar, çox sevinəcəm, məğlub olsalar, üzüləcəm”.
“Arsenal”la “Çelsi” arasında mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final görüşü saat 23:00-da başlayacaq.

