Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq “Arsenal” Bakıya gəlib.
Sportinfo.az “qafqazinfo”ya istinadən xəbər verir ki, londonluların təyyarəsi Bakı vaxtilə saat 19:45-də Heydər Əliyev Hava Limanına eniş edib.
“Arsenal” paytaxtımızda “Fairmont” otelində məskunlaşacaq. “Çelsi” - “Arsenal” oyunu mayın 29-u saat 23:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Fotolar: Nuran Məmmədov





