"Arsenal" artıq Bakıya yola düşüb.
Bununla bağlı komandanın üzvləri sosial şəbəkələrdə görüntülər paylaşıblar.
Sportinfo.az xəbər verir ki, "Arsenal"ın türk əsilli futbolçusu Məsud Özil də paylaşım edərək növbəti dayanacağın Bakı olacağını yazıb.
O bundan əvvəl də "Azərbaycanlı qardaşlarım! Biz bunu etdik- finaldayıq! Bakıda görüşənədək" sözləriilə fanatlarına müraciət etmişdi.
Həmçinin o da məlum olub ki, Denni Velbek də "Arsenal"ın heyətinə daxil edilib. O da Bakıda finalda iştirak edəcək.
Mayın 29-da Bakı Olimpiya Stadionunda "Arsenal" və "Çelsi" komandaları Avropa Liqasının finalında qarşılaşacaq.

