AFFA-nın sözçüsü: "Belə oyunlarda ”qara bazar" olmur"

25 May 2019 21:24 Avropa Liqası 521
AFFA-nın sözçüsü: "Belə oyunlarda ”qara bazar" olmur"

“Cəmiyyətə düzgün şəkildə bu məsələ izah edilməyib, əslində ingilis azarkeşləri finala aldıqları biletlərdən imtina etməyiblər.

Sadəcə, UEFA tərəfindən hər kluba 6 min bilet ayrılmışdı, ”Arsenal" onlardan 4500-nü öz azarkeşlərinə satıb, “Çelsi” 3500 bilet satıb.

Yerdə qalan 4 min bilet satılmayıb və azərbaycanlı azarkeşlərin bu oyunla bağlı çoxsaylı sorğusunu nəzərə alaraq, həmin biletlər Azərbaycanda satışa çıxarılıb. Bu da azərbaycanlı azarkeşlər üçün bir fürsətdir".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla ingilis azarkeşlərinin aldıqları biletlərin yarısından imtina etdikləri barədə Britaniya mətbuatının yaydığı xəbərə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, həmin biletlər satılır və ümumilikdə 52 mindən artıq bilet alınıb:

“Bakı Olimpiya Stadionunun 63 min nəfərlik tutumu var. UEFA oturacaqlarla bağlı müəyyən konstruksiya işləri aparıb.

Bu qurumun ingilislərə ayırdığı 12 min kvotadan 8 mini satılıbsa, bu, o demək deyil ki, qalanından imtina ediblər. Ola bilsin ki, başqa ölkələrdən da bilet alanlar var.

Çünki ilkin mərhələdə 100-ə yaxın ölkədə bilet satışa çıxarılmışdı. Biz ümid edirik ki, son bir neçə gündə 11 min bilet də satılacaq və stadion 63 min nəfərlə dolacaq".

F.Abdulla yarımfinalda “Çelsi”yə uduzan alman klubu “Ayntraxt”ın azarkeşlərinin tələsərək öncədən finala aldıqları biletləri Azərbaycana bağışlaması haqda bildirdi ki, bu məlumatı dəqiqləşdirirlər:

“İctimaiyyətə rəsmi məlumat verəcəyik. Amma bu informasiyada həqiqət yükü daha çoxdur, ətraflı aydınlıq gətirəcəyik”.

AFFA sözçüsü “Skybox”un biletləri 20-25 minə satışa çıxarması haqda sosial şəbəkələrdə yayılan xəbərləri də uydurma adlandırdı:

“Əslində bu cür böyük turnirlərdə, belə oyunlarda ”qara bazar" olmur. Yalan məlumatlardır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti