Françesko Toldo: "Azərbaycan futbolu Avropadan geri qalır"

25 May 2019 19:48 Avropa Liqası 687
Françesko Toldo: "Azərbaycan futbolu Avropadan geri qalır"

"Bakı fantastik və müasir şəhərdi.

Şəhər bütün dünyanın izləyəcəyi tədbirə ev sahibliyi edir və bu, möhtəşəm hadisədi".

Sportinfo.az xəbər verir ki, bu sözləri İtaliya yığmasının keçmiş qapıçısı Françesko Toldo deyib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" ilə "Arsenal" arasında keçiriləcək Avropa Liqasının finalı ilə əlaqədar bu gün Dənizkənarı Bulvarda Azarkeş Festivalı start götürüb.

Festivalda iştirak edən ötənlərin məşhur futbolçusu xoş fikirlər səsləndirib. O, "Çelsi"nin baş məşqçisi Mauritsio Sarrinin hımyerlisi olduğunu xüsusi vurğulayıb:

"Avropa Liqasında ingilis finalı olacaq. Ümid edirəm ki, gələn mövsüm İtaliya komandalarından hansısa finalda iştirak edər.

Düşünürəm ki, "Çelsi" italiyalı baş məşqçinin komandaya gəlişi ilə daha gücləndi. Kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindi. Amma ümid edirəm ki, kuboku "Çelsi" qazanar".

Toldo eyni zamanda Azərbaycan futbolunun Avropa ilə müqayisədə geri qaldığını da vurğulayıb:

"Azərbaycan futbolu Avropa ilə müqayisədə geri qalır, lakin daim inkişaf edir.

Avropa çempionatları səviyyəsinə çatmaq üçün potensialının olduğunu düşünürəm. Ona görə də inkişaf etməyə davam etməlidi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti