"Çelsi"nin qapıçısı: "Onlar Bakıdakı finaldan zövq alacaq"

25 May 2019 18:00 Avropa Liqası 488
"Çelsi"nin qapıçısı: "Onlar Bakıdakı finaldan zövq alacaq"

“Finala vəsiqə qazandığımız üçün şadıq.

Yarımfinalda “Ayntarxt”la hər iki oyunumuz sərt keçdi və indi son maneəni dəf etməliyik”.

Sportinfo.az xəbər verir ki, bunu “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa Bakıda "Arsenal"a qarşı keçirəcəkləri Avropa Liqasının həlledici qarşılaşması barədə klubun rəsmi saytına danışarkən deyib.

25 yaşlı qolkiper bildirib ki, futbolçular və azarkeşlər finaldan zövq alacaqlar: “Bu, daha bir çətin oyun olacaq.

Derbi və finalda hər şey baş verə bilər. Biz titul qazanmaq üçün mübarizə aparacağıq. Kuboku götürsək, bu, “Çelsi”nin ən yaxşı qələbəsi olacaq”.

“Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final matçında Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!