Bakıda final bələdçisi - VİDEO

25 May 2019 18:48 Avropa Liqası 415
Bakıda final bələdçisi - VİDEO

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı videobələdçi hazırlanıb.

Sportinfo.az xəbər verir ki, AFFA-nın təqdim etdiyi bu videoçarxda Bakı Olimpiya Stadionundakı matçla bağlı bir sıra məlumatların vacibliyinin nəzərə alınması əksini tapıb.

Videobələdçidə oyunun keçiriləcəyi mayın 29-dakı matça bileti olan azarkeşlərə bir sıra tövsiyələr də verilib.

Bildirilir ki, həmin gün bilet almış azarkeşlər arenaya və geriyə iki ekspress marşrutla daşınacaq. Bu marşrutlar “28 may” və “Qara Qarayev” metro stansiyalarının qarşısından fəaliyyət göstərəcək.

Həmçinin azarkeşlərə istifadəsi qadağan olunan əşyaları gətirməmək tövsiyə edilib. Tamaşaçı qapıları açıldıqdan etibarən arenanın daxilində qida və içki məntəqələri fəaliyyət göstərəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti