QÜRÜR GECƏSİ - Finallar tarixinin ilk derbisi Bakıdadı

25 May 2019 19:00 Avropa Liqası 466
QÜRÜR GECƏSİ - Finallar tarixinin ilk derbisi Bakıdadı

Bakı Olimpiya Stadionunun qitə klub yarışlarının finalı üçün namizədliyi (Çempionlar Liqası, Avropa Liqası, UEFA superkuboku, qadınların Çempionlar Liqası) hələ 2016-cı il dekabrın 9-da irəli sürülmüşdü.

2017-ci il yanvarın 27-də bu iddia təsdiq və fevralın 3-də elan edilmişdi.

Həmin il iyun ayının 6-da dosyeyə baxılmaq üçün nəzərə alınaraq, ertəsi gün Avropa Liqasına namizədlərin 3 şəhər arasından seçiləcəyi elan olunmuşdu.

Bakı həm Çempionlar Liqasına namizədliyi saxlanmaqla, AL-nın finalı uğrunda İspaniyanın Sevilya şəhərinin «Ramlon Sançes Pisxuan» (42500 yerlik) və Türkiyənin İstanbul şəhərinin «Vodafon park» (41903 yerlik, həm də UEFA superkubokuna iddialı) mübarizə aparmalı idi.

2017-ci il sentyabrın 20-də UEFA-nın İcraiyyə Komitəsi Bakının adını Avropa Liqasının finalları tarixinə yazmaq barədə qərar qəbul etdi.

Bakıda Avropa üçün daha bir rekord vurula bilər. Bir oyunluq formatla keçirilməyə başladıı vaxtdan həlledici görüşlərdə rekord göstərici «Lujniki»yə məxsusdu.

1999-cu ildə Moskvada keçirilən finalda «Parma» (İtaliya) ilə «Olimpik»in (Marsel, Fransa) oyununu 62 min tamaşaçı izləmişdi. Bu rəqəmin 68 minə çıxması gözəlinilir.

Kubokun çəkisi 15 kq, hündürlüyü 65 sm-di. Onun yeni qalibinə doğru yürüşü də maraqlıdı.

Baş mükafatın Avropa turnesi martın 5-də İsveçrənin Cenevrə şəhərində başlayıb. Daha sonra Seviya, Berlin, London, Milan, Moskva və Parisdən keçməklə mayın 16-da Azərbaycana gətirilib.

Milanda Bertoninin emalatxanasında hazırlanmış mükafatın taleyini həll etmək istəyənlərdən «Çelsi»nin artıq bir finalı və bir qələbəsi var: 2013-cü ildə Portuqaliya «Benfika»sına Amsterdamda 2:1 hesabı ilə qalib gəlib.

«Arsenal»ın bu yarışdakı aqibəti isə Azərbaycan futbolsevərlərinə daha yaxşı məlumdu.

Türkiyə tarixinin ən parlaq qələbəsini «Qalatasaray» məhz bu klubu Danimarka paytaxtı Kopenhagenin «Parken» stdaionunda penaltilər seriyasında məğlub edərək əldə etmişdi.

Lakin istənilən halda yarışda 9-cu qələbəsini qazanacaq İngiltərə turnirin titulları sayında İtaliya ilə bərabərləşəcək, yalnız İspaniyadan (11 zəfər) geri qalacaq.

İngiltərə bu iki klubu sayəsində həm də 14-cü dəfə finala çıxmaqla Almaniya ilə bərabərləşib və İspaniya (16) ilə İtaliyadan (15) geri qalır.

BATI YAR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti