"Qərarımı sonraya saxlamışam"

25 May 2019 14:48 Avropa Liqası 466
"Qərarımı sonraya saxlamışam"

"Arsenal"ın qapıçısı Petr Çex gələn aydan "Çelsi"nin idman direktoru vəzifəsində fəaliyyətə başlaya bilər.

Avropa Liqasının final qarşılaşmasından sonra karyerasını bitirəcək çexiyalı qolkiperin "zadəganlar"la anlaşdığı bildirilir.

Bu xəbər isə həlledici oyun öncəsi "Arsenal" azarkeşlərinin narazılığı ilə qarşılanıb. Hətta onlar Çexin final görüşünə aparılmamasını tələb edirlər.

Lakin 37 yaşlı qolkiper tvitter səhifəsində "Çelsi" ilə anlaşdığına dair yayılan xəbərləri təkzib edib: "Əvvəllər də dediyim kimi, qərarımı Bakı səfərindən sonraya saxlamışam.

Hazırda bütün diqqətimi "Arsenal"la Avropa Liqasının kubokunu qazanmaq üçün yönəltmişəm. Gələcəyim haqda ondan sonra düşünəcəm".

Avropa Liqasının final oyunu mayın 29-da "Arsenal"la "Çelsi" arasında Bakı Olimpiya Stadionunda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti