Avropa Liqasının ən yaxşı afrikalıları: birincisi Bakıya gəlir

25 May 2019 12:24 Avropa Liqası 508
Avropa Liqasının ən yaxşı afrikalıları: birincisi Bakıya gəlir

Afrika qitəsinin Avropa Liqasında 2018-19 mövsümündəki ən yaxşı təmilçiləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu mövsüm möhtəbər turnirdə özünü ən yaxşı tərəfdən göstərən 5 afrikalı seçilib.

Bunlar Karl Toko Ekambi ("Vilyarreal"), Maykl Nqade-Nqadjui ("Slaviya"), Sebastyan Haller ("Ayntraxt"), Vissam Ben Yedder ("Sevilya") və Pyer-Emerik Obameyanqdı ("Arsenal").

Xüsusən də, son iki futbolçu fərqləndirilib. Çünki həm Ben Yedder, həm də Obameyanq aktivinə 8 qol yazdırıb.

Obameyanqın hələ də turnirin bombardiri olmaq şansı qalır. Bunun üçün o, Bakı Olimpiya Stadionunda "Çelsi"yə qarşı keçiriləcək final görüşündə ən azı 2 qol vurmalı və rəqibin hücumçusu Olivye Jiru fərqlənməməlidi.

Həmkarlarımız indidən Qabon millisinin üzvünü cari mövsüm Avropa Liqasının ən yaxşı afrikalı futbolçusu seçiblər. Final görüşü mayın 29-da keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti