Azərbaycanlı nazir: "Avroliqa finalı bizim üçün böyük imtahandı”

25 May 2019 00:30 Avropa Liqası 456
Azərbaycanlı nazir: "Avroliqa finalı bizim üçün böyük imtahandı”

“Bakı Avrupa Liqasının final matçına hazırdı.

Oyun üçün paytaxta 30 mindən çox əcnəbi azarkeş gələcək və bu, bizim üçün böyük imtahandı”.

bunu gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə “Anadolu” agentliyinə açıqlamasında deyib.

Nazir bildirib ki, UEFA rəsmiləri matçın baş tutacağı Bakı Olimpiya Stadionunu təftiş ediblər və 5 ballıq şkala ilə 4,5 bal qiymət veriblər.

Mayın 29-da keçiriləcək finalda “Arsenal” və “Çelsi” qarşılaşacaq: “Bu, hər bir metri planlı şəkildə inşa edilən stadiondu.

Bütün sistemlər problemsiz işləyir. Azarkeşlərin hava limanından bura gəlməsi üçün hər şey düşünülüb.

Bunadək Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula 1” kimi nəhəng yarışlara ev sahibliyi etsək də, belə səviyyədə futbol tədbirini ilk dəfə təşkil edəcəyik.

Azarkeşlər bu matçı səbirsizliklə gözləyirlər. Gərgin matç olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti