İspaniya millisinin forvardı Bakıda nədən narahatdı?

24 May 2019 18:00 Avropa Liqası 625
İspaniya millisinin forvardı Bakıda nədən narahatdı?

"İngiltərə kubokunun finalından sonra indi növbəti final matçına çıxacağıq.

Kuboku qazansaq, o zaman əminliklə deyə bilərik ki, bizim üçün əla mövsüm oldu".

Sportinfo.az xəbər verir ki, bunu "Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriges deyib.

İspaniya millisinin üzvü Britaniya mətbuatına açıqlamasında Avropa Liqasının finalında "Arsenal"la keçirəcəkləri oyunu dəyərləndirib.

Ulduz futbolçu azarkeşlərinə ayrılan bilet sayının azlığından da şikayətlənib: "Bakıda az azarkeşimizin olması bizim üçün məyusedicidi.

Çünki belədə azarkeş dəstəyini hiss etmirsən. Məncə, final iştirakçılarına daha çox bilet ayrılmalı idi.

Bu, UEFA-nın problemidi. Meydanda isə əla final oyunu olacağını düşünürəm.

Açıq futbol gedə bilər. Çünki "Arsenal" da bizim kimi sürətli oyuna üstünlük verir.

Onlar Çempionlar Liqasına yollanmaq üçün bu titulu qazanmağa məcburdular. Amma biz də mövsümü kubokla tamamlamaq istəyirik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti