"Qorxuram” deməsindən sonra ermənini Bakıya gəlməyə məcbur edə bilməzdi"

24 May 2019 13:24 Avropa Liqası 517
"Qorxuram” deməsindən sonra ermənini Bakıya gəlməyə məcbur edə bilməzdi"

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryan Bakıya gəlməyəcək.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva mətbuata açıqlama verib:

“İlk növbədə vurğulamaq istərdim ki, Azərbaycan tərəfindən bu ilin 29 may tarixində UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirak edəcək bütün oyunçuların, o cümlədən, ”Arsenal"ın oyunçusu Mxitaryanın, eləcə də bütün pərəstişkarların təhlükəsizliyinin tam şəkildə təmin olunacağı barədə məlumat verilib.

Şəxsən XİN-in mətbuat katibi kimi mən bu xüsusda ünvanlanan suallara cavab olaraq, Azərbaycanın idmanla siyasəti eyniləşdirmədiyini dəfələrlə qeyd etmişəm.

Azərbaycan ilk dəfə deyil ki, mötəbər idman yarışlarına ev sahibliyi edir və paytaxtımızda indiyədək keçirilən çoxsaylı idman yarışlarında erməni əsilli idmançılar da iştirak ediblər.

Ermənistan XİN-in “Arsenal”ın erməni oyunçusunun Bakıya səfər etməməsi ilə bağlı açıqlaması bu ölkənin daxili siyasi problemləri səbəbindən idmanı siyasət alətinə çevirmək cəhdlərindən xəbər verir.

Ermənistan XİN-in belə bir oyunda iştirak etməsi yalnız təəssüf doğurur.

Əfsuslar olsun ki, bu addım Ermənistanın Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd edildiyi kimi xalqların sülhə hazırlanmasına hazır olmadığını aydın şəkildə nümayiş etdirdi.

Təəssüf ki, Ermənistan “Arsenal”ın erməni əsilli oyunçusunu öz təxribatçı məqsədləri üçün istifadə edir.

Avropa Liqasının final oyununun Bakıda yüksək səviyyədə təşkili, ölkəmizə səfər edən əcnəbilərin (istər futbol oyunçuları, istərsə də pərəstişkarlar olsun) Azərbaycandakı real vəziyyətlə yerindəcə tanış olmaları

Ermənistan XİN-in əsassız iddialarının ən gözəl cavabı olacaq".

İndiyə qədər müxtəlif idman növləri üzrə ermənilər Bakıya gələrək, yarışlarda iştirak ediblər. Misal olaraq, ölkəmizdə keçirilən Avropa Oyunlarını göstərə bilərik.

Görünən odu ki, Ermənistan başda olmaqla, Qərbdəki anti-Azərbaycan dairələri Mxitaryanı öz oyunlarına alət edərək, ölkəmizə qarşı bundan istifadə etməyə çalışırlar.

Politoloq Əhəd Məmmədli bildirdi ki, erməni futbolçu ingilis klubu üçün önəmli deyil: “Mxitaryan ”Arsenal"ın əsas heyətinin oyunçusu deyil.

Əgər bu erməni gədəsi London klubunun əsas heyətinin futbolçusu, komandası üçün əvəzolunmaz olsaydı, onu ingilislər hökmən gətirəcəkdi.

Mxitaryanı futbolçu kimi deyil, siyasi alət kimi Azərbaycana qarşı istifadə edirlər. Bunu edənlər Britaniya mediası, erməni lobbisidir.

BP neft kontraktlarını bağlayanda Azərbaycandakı korrupsiya heç yadına düşmürdü, indi nə oldu bəs?

Təbii məsələ korrupsiya deyil, məsələ Azərbaycandan yenə nəsə qoparmaq fürsətidir. Avropalılar ən yaxşı bacardığı işlə məşğuldurlar.

Ermənilər isə onların əlində həmişə maşa olublar. Azərbaycanda dəfələrlə erməni idmançıları iştirak edib, medal qazanıb və heç bir problem yaşamayıblar.

Bu bir daha onu göstərdi ki, Azərbaycana qarşı hücum məqsədli təşkil olunub. Bütün bunlara rəğmən Azərbaycanın yüksək səviyyədə Avroliqanın finalını keçirəcəyinə heç bir şübhəm yoxdur.

Bakıdakı finaldan maliyyə baxımından UEFA Azərbaycandan daha çox qazanclı çıxacaq. Ona görə Azərbaycana heç kəs minnət qoymasın.

Kiyev və Tiflis Bakıdan daha təhlükəsiz şəhərlərdir ki? Təbii ki, xeyr.

Bəs necə olar ki, müharibə getdiyi Ukrayna və Azərbaycandan daha qeyri-sabit Gürcüstana qarşı bu cür qara piar kampaniyaları keçirilmir, lakin bizim ölkəyə qarşı keçirilir?

Bütün bunlar bir daha onu göstərdi ki, Azərbaycan bu cür anti-təbliğat kampaniyalarına həmişə hazır olmalı və dərhal cavab verməlidir.

Bunun olması üçündə Avropadakı səfirliklərimiz və lobbi təşkilatlarımız birlikdə səmərəli və operativ işləməyə bacarmalıdırlar.

Azərbaycanın final təşkilatçılığını yüksək səviyyədə təbliğ etməlidirlər. Müasir dünyada əsas işin görülməsi deyil, gördüyün işin necə təqdim edilməsidir".

Sportinfo.az-ın yazarı Natiq Muxtarlı Mxitaryanın təkbaşına qərar vermədiyini düşünür:

“Heç şübhə olmasın ki, Mxitaryan Bakıya gəlməməklə bağlı qərarı Ermənistan hakimiyyəti və erməni lobbisi ilə məsləhətləşdikdən sonra verdi.

”Arsenal" erməninin “qorxuram” deməsindən sonra onu Bakıya gəlməyə məcbur edə bilməzdi. Bütün peşəkar klublarda bu kimi məsələlərdə futbolçunun istəyi nəzərə alınır.

Azərbaycan hakimiyyətinin təhlükəsizliklə bağlı təminatı “Arsenal” rəhbərliyinə çatdırılmışdı. Onlar yaxşı bilirdilər ki, Mxitaryana Bakıda güldən ağır söz deyən olmayacaq.

Amma erməni futbolçu peşəkarlığı yox, siyasi şarlatanlığı üstün tutdu. Ermənistan hakimiyyətinin və erməni lobbisinin tələbi ilə siyasi oyuna qoşuldu, peşəkarlığa zidd addım atdı, komandasına vacib oyunda kömək etməkdən imtina etdi.

Ancaq “Arsenal”ın, erməninin bu addımı ilə barışacağını güman etmirəm. Böyük ehtimalla, Mxitaryan yayda “Arsenal”dan göndəriləcək.

Sadəcə, klub rəhbərliyi belə həssas məqamda komandanın düşərgəsində abı-havanın pozulmasını istəmir.

Sizi əmin edirəm, Bakıdakı finaldan sonra bütün ittihamlar Mxitaryana qarşı yönələcək. Mətbuat da, azarkeşlər də onu tənqid edəcəklər.

“Arsenal” qalib gəlsə də, məğlub olsa da, Mxitaryan tənqid olunacaq.

Komanda qalib gəlsə “yaxşı ki, Mxitaryan Bakıya gəlmədi, meydana çıxmadı, heç lazım da deyilmiş” fikri, məğlub olsa isə “qorxusundan komandasına kömək etmədi” düşüncəsi hakim olacaq.

Bir sözlə, hazırda Mxitaryan ətrafında gedən təbliğata o qədər də böyük önəm verməməliyik, bütün diqqətimizi final oyununa yönəltməliyik, çalışmalıyıq ki, Avropa Liqasının finalını yüksək səviyyədə keçirək, heç bir təxribat olmasın.

Təxribat törətmək istəyənlərin olacağını da istisna etmirəm. Hər şey yüksək səviyyədə başa çatdıqdan sonra erməni bicliyi elə erməninin öz başında çatlayacaq.

Ondan sonra düşüncələr dəyişəcək. “Arsenal” azarkeşləri də Bakıda görəcəkləri xoş münasibətdən sonra fikirlərini mütləq dəyişəcəklər.

Hazırda top Mxitaryanı siyasi şarlatanlığa sövq edənlərin ayağındadır. Amma mayın 29-dan sonra bizim ayağımızda olacaq".

Cavanşir ABBASLI

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti