"Bakıda etirazdan çəkinin!" - UEFA “Arsenal”a xəbərdarlıq etdi

24 May 2019 13:12 Avropa Liqası 504
"Bakıda etirazdan çəkinin!" - UEFA “Arsenal”a xəbərdarlıq etdi

UEFA “Arsenal”a xəbərdarlıq edib:

“Əgər klubun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq”.

Sportinfo.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.

UEFA “Arsenal”ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda quruma qarşı etiraz bannerləri aça biləcəklərindən ehtiyat edir.

Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

Bu yöndə artıq müəyyən təcrübə də var. UEFA daha əvvəl Polşanın "Legiya" (Varşava) klubunu azarkeşlərinin oyun zamanı "Futbol yox, pul daha vacibdi" plakatına görə cərimələyib.

Xəbər verdiyimiz kimi,“Arsenal”ın erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

Bununla əlaqədar, “Arsenal”ın Nigeriyadakı fanqruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi, həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə 7-77 dəqiqəlik flaşmob keçirməyi təklif edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti