TƏXRİBAT: Kante, Azar və Arrisabalaqanı erməni "etdilər"

23 May 2019 17:24 Avropa Liqası 807
TƏXRİBAT: Kante, Azar və Arrisabalaqanı erməni "etdilər"

"Arsenal" azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının finalı öncəsi təxribata əl atıblar.

Sportinfo.az xəbər verir ki, fanatlar "Twitter" sosial şəbəkəsində "Çelsi"nin futbolçuları N Qolo Kante, Eden Azar, Kepa Arrisabalaqanı hədəfə alıblar.

Onlar hər üç futbolçunun erməni olduğunu üçün Bakıdakı finalda iştirak etməmələrini istəyiblər.

Riçard adlı "Twitter" istifadəçisi tətildə Ermənistana getdiyini, nənə və babalarını ziyarət etməyə gedən Kante və Azarın da orada olduğunu yazıb.

Digər bir fanat isə Arrisabalaqanın DNT testindən sonra 62 faiz erməni olduğunu yazıb.

“Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!