Sesk Fabreqas Azərbaycanda

23 May 2019 16:36 Avropa Liqası 725
Sesk Fabreqas Azərbaycanda

Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasını canlı yayımlayacaq İngiltərə kanalları müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, azarkeşlər "Arsenal"la "Çelsi" arasında baş tutacaq görüşü iki telekanal vasitəsilə izləyə biləcəklər.

Belə ki, "BT Sport" və "532 Virgin" kanalları, eyni zamanda "BT Sport"un yutub kanalı canlı yayım təşkil edəcək.

Bu kanallar həmçinin Çempionlar Liqasının final görüşünün də yayım hüququna malikdilər. 23:00-da start götürəcək "Çelsi" - "Arsenal" qarşılaşmasını Bakıdan Cek Hampri şərh edəcək.

Onun aparıcısı olduğu Avropa Liqası verilişi isə 18:30-dan etibarən canlı yayıma başlayacaq. Həmin verilişin qonaqları bu komandalarda oynamış Martin Keaun, Sesk Fabreqas və Eydur Qudyonsen olacaq.

"Liverpul"la "Tottenhem" arasında iyunun 1-də olacaq Çempionlar Liqasının final oyununun canlı yayımında Qari Lineker, Rio Ferdinand, Frenk Lempard, Qlenn Hoddl, Cermayn Cenas, Maykl Ouen və Stiv Makmanaman iştirak edəcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti