"Arsenal" Bakıda kimdən gizlənəcək?

23 May 2019 17:12 Avropa Liqası 555
"Arsenal" Bakıda kimdən gizlənəcək?

Avropa Liqasının final oyununa hazırlaşan "Arsenal"ın Bakı proqramı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komanda qarşılaşmadan 4 gün əvvəl paytaxtımıza təşrif buyuracaq.

Belə ki, baş məşqçi Unay Emeri mayın 25-də, şənbə günü komandasını ölkəmizə gətirəcək. İspaniyalı mütəxəssisin bu qərarı qəbul etməsi finala ciddi yanaşması ilə əlaqələndirilir.

Emeri yetirmələrinin Bakıya və burdakı hava şəraitinə uyğunlaşması üçün bunu məqsədəuyğun bilib. Baş məşqçi mayın 26-da və 27-də ağıq məşqlər və taktiki plan üzərində çalışmağı planlaşdırır.

Ayın 28-də isə çalışdırıcı mətbuat önünə çıxacaq. Həmin gün komandanın meydana yalnız şəkil və video çəkdirmək üçün çıxması gözlənilir.

Çünki Emeri son məşqin fitness-zalda olmasının tərəfdarıdı. Bununla o, futbolçuların son durumunu rəqibdən gizləmək məqsədi güdür.

Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. "Arsenal" həlledici qarşılaşmada "Çelsi" ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti