“10 aydı işləyirəm və taleyim cəmi 90 dəqiqədən asılıdı?"

23 May 2019 13:12 Avropa Liqası 580
“10 aydı işləyirəm və taleyim cəmi 90 dəqiqədən asılıdı?"

“10 aydı işləyirəm və taleyim cəmi 90 dəqiqədən asılıdı? Bu, düzgün deyil.

Əgər vəziyyət belədisə, indidən çıxım gedim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Maurisio Sarri deyib.

Avropa Liqasının Bakıda keçiriləcək finalında “Arsenal”la qarşılaşacaq London klubunun çalışdırıcısı gələcək taleyinin final matçından asılı olması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

O, yekun qərarın bir oyuna görə verilməsinin yolverilməz olduğunu qeyd edib:

“Belə yanaşma yanlışdı. Siz ya mənim işimdən razısınız, ya da deyilsiz. Gələcəyimin çərşənbə günü bəlli olacağı məni qayğılandırır.

Bu barədə düşünmək istəmirəm. İndi bütün diqqətimizi finala yönəltməliyik. Hazırda iki illik müqaviləm var və başqa klublarla danışıq aparmıram.

Finaldan dərhal sonra klubumla danışmalıyam. Bilməliyəm ki, onlar məndən razıdılar, ya yox?

Əvvəl də demişəm ki, Premyer Liqada – dünyanın ən yaxşı çempionatında olmaq mənim üçün xoşdu. Özümü xoşbəxt sayıram, amma situasiyanı yenidən müzakirə etməliyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti