"Belə bir imkanı qazanmaq, sadəcə, xəyal idi"

23 May 2019 11:36 Avropa Liqası 517
"Belə bir imkanı qazanmaq, sadəcə, xəyal idi"

İngiltərə futbolu üçün necə də gözəl gündü.

Doğma Londonumun iki klubunu Avropa Liqasının finalında görmək xoşdur".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenal" və "Çelsi" arasında Bakı Olimpiya Stadionundakı final matçının açılış mərasimində çıxış edəcək məşhur britaniyalı musiqiçi Conas Blu UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

"Rise" və "Polaroid" kimi hitlərin müəllifi nəhəng tədbirdə iştirak, stadionda azarkeşlər və evdə milyonlarla televiziya tamaşaçıları qarşısında çıxış etmək imkanını səbirsizliklə gözlədiyini vurğulayıb.

Blu son iki ildə populyarlığının pik həddindədir. 29 yaşlı ifaçı indiyədək 40 milyonadək sinqlini satıb.

O, həm də Böyük Britaniyanın ən tanınmış DJ-lərindəndi. Conas Blu mayın 29-da 150 yerli rəqqasla çıxış edəcək:

"Belə bir imkanı qazanmaq, sadəcə, xəyal idi. Belə nəhəng səhnədə çıxış etmək imkanı insana görünməmiş hisslər bəxş edir.

Finalda Londonun iki komandasının oynaması faktı isə ingiltərəli fanatlar üçün, sadəcə, ağlasığmazdır", - deyə sənətçi vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti