Özün üçün əylən, ondan zövq al - Bakıda Azarkeş Festivalı

23 May 2019 01:00 Avropa Liqası 573
Özün üçün əylən, ondan zövq al - Bakıda Azarkeş Festivalı

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu çərçivəsində Azarkeş Festivalı təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, 5 günü əhatə edəcək təbir Dənizkənarı bulvarda yerləşən Kukla Teatrının qarşısında keçiriləcək.

Burada azarkeşlər UEFA Kuboku ilə şəkil çəkdirə, DJ-lərin çıxışından zövq ala, fərqli əyləncəli futbol oyunları oynayacaqlar.

Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər.

Həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazanacaqlar. Festival günləri və iş saatları:

25-27 may: 14:00 - 22:00

28 may: 12:00 - 22:00

29 may: 10:00 - 22:00

Giriş hər kəs üçün pulsuzdur.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda "Arsenal” və “Çelsi” qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti