"Arsenal" azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının final matçında qapıçı Petr Çexin oynamamasını tələb edirlər.
Sportinfo.az xəbər verir ki, səbəb 37 yaşlı qolkiperin cari mövsüm karyerasını başa vurandan sonra digər finalçı "Çelsi"yə qayıtmasıdı.
Fanatlar çexiyalı oyunçunun əvəzinə həlledici matçda almaniyalı Bernd Lenoya şans verilməsini istəyirlər.
İngiltərə mətbuatı Petr Çexin "Çelsi"nin idman direktoru olacağını yazıb. 2015-ci ildən "topçular"ın formasını geyinən təcrübəli oyunçu 2004 - 2015-ci illərdə "Çelsi"nin şərəfini qoruyub.
Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

