Məşhur hollandiyalı Bakı finalı ilə bağlı proqnoz verdi

22 May 2019 18:00 Avropa Liqası 587
Məşhur hollandiyalı Bakı finalı ilə bağlı proqnoz verdi

Hollandiya yığmasının sabiq futbolçusu Robin van Persi Avropa Liqasının finalı ilə bağlı proqnoz verib.

Sportinfo.az xəbər verir ki, Robin hər iki komandanın üstün cəhətlərini qeyd edib.

O, “Arsenal”ı komanda şəklində güclü saydığını, “Çelsi”nin isə Azar kimi futbolçunun olduğunu bildirib:

“Şəxsən mən düşünürəm ki, bu qarşıdurmada “Arsenal”ın üstünlüyü var. Onlar komanda kimi bir qədər güclüdürlər.

Ancaq “Çelsi”də də Eden Azar kimi futbolçu var. O, xüsusi futbolçudur. Hər an nəsə fikirləşə və reallaşdıra bilər”.

Avropa Liqasının finalı mayın 29-da Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti