Mxitaryan Bakıya gəlməyəcəyi üçün üzülür: "Bu oyunu qaçırmaq..."

22 May 2019 16:36 Avropa Liqası 603
Mxitaryan Bakıya gəlməyəcəyi üçün üzülür: "Bu oyunu qaçırmaq..."

Avropa Liqasının finalında Bakıda “Çelsi” ilə keçiriləcək görüşə gətirilməməsi qərarı verilən “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryan sosial şəbəkə hesabında açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi oyuna gəlməyəcəyi üçün üzgün olduğunu deyib:


“Bütün mövcud seçimləri göz önünə alaraq, komanda ilə birlikdə Avropa Liqasının finalı üçün Bakıya getməməyimlə bağlı çətin qərar verildi.

Bu, biz futbolçular üçün çox tez-tez olmayan bir oyundu və etiraf edim ki, bu oyunu qaçırmaq məni çox üzür.

Komanda yoldaşlarımı dəstəkləyəcəm. Kuboku evə gətirin!”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!