"Onu başa düşürəm" - Erməni Bakıya gəlməkdən niyə çəkinib?

22 May 2019 11:48 Avropa Liqası 547
"Onu başa düşürəm" - Erməni Bakıya gəlməkdən niyə çəkinib?

"Düşünürəm ki, azarkeşlərimiz bizimlə stadiona gəlmək istəyirlər.

Komandamızla bu anı yaşamaq niyyətindəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Arsenalı"n baş məşqçisi Unay Emeri mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Avropa Liqasının finalında fanatları ilə birlikdə böyük atmosferə sahib olmağı üstün tutur:

"Arsenal"ın çox azarkeşi var. Klubun Bakıda çoxlu fanatları olduğunu bilirəm və onlar orada olacaqlar.

Amma Londonda da çoxlu fanatlarımız var, onların da bizimlə birlikdə olmasını üstün tuturam".

İspaniyalı məşqçi futbolçusu Henrix Mxitaryanın Bakıdakı qarşılaşmada iştirak etməyəcəyi ilə bağlı da danışıb.

Emeri oyunçu ilə danışdığını və bunun onun şəxsi qərarı olduğunu deyib: "O, ailəsi ilə də danışdı.

Mən Bask bölgəsindənəm. Bizim də böyük siyasi problemlərimiz var. Onun qərarını başa düşürəm".

“Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti