"Oranın bağlanacağı xəbəri təxribat xarakteri daşıyır"

21 May 2019 20:24 Avropa Liqası 540
"Oranın bağlanacağı xəbəri təxribat xarakteri daşıyır"

Sportinfo.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər “Tarqovı”ya yerli sakinlərin buraxılmayacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimovqeyd edib ki, bu barədə mətbuatda verilən məlumatlar həqiqətəuyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:

"Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur.

Onu hamı sevir və hər hansı məhdudiyyət yol verilməzdir, əksinə həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti