Bakı finalına bilet satışının dördüncü mərhələsi başladı

21 May 2019 18:00 Avropa Liqası 442
Bakı finalına bilet satışının dördüncü mərhələsi başladı

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışının 4-cü mərhələsi başlayıb.

Sportinfo.az xəbər verir ki, biletləri "Port Baku Mall", "28 May Mall", "Gənclik Mall" və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündü.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 280 manat (140 avro), ikinci kateqoriya 180 manat (90 avro), üçüncü kateqoriya 100 manat (50 avro), dördüncü kateqoriya isə 60 manat (30 avro) dəyərindədi.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu üçün nəzərdə tutulan 64000 biletdən 37500 ədədi ilkin mərhələdə satılıb.

Həmçinin dəyəri 890 avro olan “Qızıl” və 690 avroluq “Gümüş” paketlərin hamısı alınıb. Təşkilat Komitəsi daha sonra 5000 biletin satışını təşkil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti