Sportinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalına ciddi hazırlıq görür.
Çılğın ingilis fanatları hər yerdə ad çıxarıb.
Polis «Arsenal» - «Çelsi» oyunu ndan əvvəl və sonrakı günlərdə şəhərdə ictimai asayişin təmin edilməsi və həm azarkeşlərin, həm də Bakının bütün qonaqlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi rejimə keçəcək.
“Heç bir narahatlıq yoxdu. Bakı dəfələrlə dünya və Avropa miqyasında böyük tədbirlər keçirib və Azərbaycan polisi həmişə öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirib.
Bütün vətəndaşlar, o cümlədən, xarici dövlətlərin vətəndaşları Azərbaycan qanunlarına hörmət etməlidirlə və bizim polisimiz həmişə qanunçuluğun keşiyindədi”, - DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

