“Neftçi“nin Şura üzvünün sözü var: "Qoy dünya bizi görsün"

21 May 2019 11:00 Avropa Liqası 684
“Neftçi“nin Şura üzvünün sözü var: "Qoy dünya bizi görsün"

Sportinfo.az xəbər verir ki, “Neftçi“nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə mayın 29-da keçiriləcək Avropa Liqasının final oyununda “media face” sektoruna dəvət alıb.

Əməkdar artist, “Parni iz Baku” komandasının əfsanəvi simalarından olan Bağırzadə yarızarafat ironiya ilə söyləyib ki, Allah ona 30 il səbr verib, bu günü görməyi nəsib eləyib:

“Axır ki, məni də tanınmış insan sayıb dəvət ediblər. Mən bu oyunda Azərbaycana azarkeşlik edəcəm, bayrağımızı götürüb qaldıracam.

Azarkeşlərə çağırış edirəm ki, stadiona bayrağımızla gəlsinlər, möhtəşəm stadionda bayraqlarımız dalğalansın. Qoy dünya bizi görsün, bayraqlarımız kadrlarda bütün dünyaya nümayiş etdirilsin.

Bu kadrlar yay ərzində göstəriləcək və turistlər Azərbaycanı görmək arzusu ilə yaşayacaqlar, daha çox turist cəlb etmək üçün bir fürsətdir. Bu da bir təbliğat növüdü”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti