FOTO - Ulduz istirahətini yarıda qoyub, təcili Bakıya gəlir

20 May 2019 20:36 Avropa Liqası 727
FOTO - Ulduz istirahətini yarıda qoyub, təcili Bakıya gəlir

"Arsenal"ın yarımmüdafiəçisi Aaron Remsi komandasını Avropa Liqasının finalında yalqız buraxmayacaq.

Sportinfo.az xəbər verir ki, fransız ulduz mayın 29-da "Çelsi" ilə final qarşılaşması üçün Bakıya gələcək.

Zədəli olduğu üçün mövsümü başa vuran Remsi hazırda ailəsi ilə birlikdə Portuqaliyada dincəlir. Lakin o, sevimli komandası naminə istirahətini yarıda qoymaq qərarına gəlib.

Futbolçu "Arsenal"ın oyunçusu kimi son vəzifəsini yerinə yetirəcəyini, komandanı Bakı Olimpiya Stadionunun tribunasından dəstəkləyəcəyini vurğulayıb.

Aaron Remsi məhz Avropa Liqasının final görüşündən sonra "Arsenal"la yollarını ayırıb, "Yuventus"la 4 illik müqavilə imzalayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti