Məşhur futbolçu Bakıdan "Çelsi"yə çağırış etdi - VİDEO

20 May 2019 20:24 Avropa Liqası 603
Məşhur futbolçu Bakıdan "Çelsi"yə çağırış etdi - VİDEO

Portuqaliya millisinin sabiq futbolçusu Deku Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı vaxtilə formasını geyindiyi “Çelsi” azarkeşlərinə çağırış edib.

Sportinfo.az xəbər verir ki, Bakıda səfərdə olan 42 yaşlı veteran yarımmüdafiəçi “Instagram” hesabı vasitəsi ilə fanatlara səslənib:

“Salam, “Çelsi” azarkeşləri! Bakıdakı səhər yeməyimi bitirdim. Sizin hamınızı Bakıdakı böyük finalda görəcəyimi ümid edirəm. Əlbəttə ki, “Çelsi”nin qalib gəlməyini istəyirəm”.

"Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.

Braziliya əsilli veteran oyunçu 2008 – 2010-cu illərdə “Çelsi”də çıxış edib. O, Portuqaliyanın “Portu” və İspaniyanın “Barselona” komandasının üzvü olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti