Bakılılar London derbisinə becə hazırlaşır - VİDEO+FOTOLAR

20 May 2019 14:48 Avropa Liqası 552
Bakılılar London derbisinə becə hazırlaşır - VİDEO+FOTOLAR

Bakıda keçiriləcək Avropa Liqası finalında iki nəhəng klubun üz-üzə gəlməsi azərbaycanlı fanatları da canlandırıb.

Sportinfo.az xəbər verir ki, “Çelsi” və “Arsenal” kimi dünya şöhrətli komandaların ölkəmizdə kifayət qədər tərəfdarı var.

Hətta London klublarının Bakıda rəsmi fan-klubları da fəaliyyət göstərir. Artıq onlar da matça ciddi şəkildə hazırlaşıblar. Oyuna sayılı günlərin qalması ən çox azarkeşlərin həyəcanını artırır.

Tərəfdarların qarşılaşmaya necə hazırlaşmasını öyrəndik. Həm “Çelsi”nin, həm də “Arsenal”a azarkeşlik edənlər matçın əhəmiyyətindən və sevimli komandalarını necə dəstəkləyəcəklərindən danışdılar.

Onlar ən böyük arzularının tərəfdarı olduqları klub nümayəndələri ilə görüşmək və futbolçularla foto çəkdirmək olduğunu da gizlətməyiblər (qafqazinfo).




Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!