Avroliqanın finalına 30 mindən çox turistin gələcəyi gözlənilir

19 May 2019 15:00 Avropa Liqası 393
Avroliqanın finalına 30 mindən çox turistin gələcəyi gözlənilir

"Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının finalına təqribən 30 mindən çox turistin gələcəyi gözlənilir”.

Sportinfo.az xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, Avropa Liqasının finalına hazırda 41 862 bilet sahibindən 5 065 nəfəri viza tələb edilməyən ölkələrin vətəndaşlarıdır.

Direktor qeyd edib ki, bilet sahiblərindən cəmi 27 323 nəfəri onlayn viza ala bilər və bunlardan artıq 17 faizi "ASAN Viza” almaq üçün müraciət edib.

Mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının finalında "Çelsi" və "Arsenal" qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti