Bakıdakı finalda ingiltərəlinin iştirak etməyəcəyi dəqiqləşdi

17 May 2019 09:12 Avropa Liqası 576
Bakıdakı finalda ingiltərəlinin iştirak etməyəcəyi dəqiqləşdi

"Çelsi"nin futbolçusu Ruben Loftus-Çikin Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirak etməyəcəyi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, "New England Revolution" ilə yoldaşlıq görüşündə zədələnən 23 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.

Tibbi müayinədən sonra ingiltərəli oyunçunun 5-9 aya qədər yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

ABŞ komandası ilə görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!