PİRES: "Bakı Avropa Liqasının finalı üçün çox yaxşı yerdi"

16 May 2019 12:24 Avropa Liqası 426
PİRES: "Bakı Avropa Liqasının finalı üçün çox yaxşı yerdi"

"Bu sammitdə iştirak etməkdən şadam.

Bura ikinci dəfədir gəlirəm, Bakı çox gözəl şəhərdir".

Sportinfo.az xəbər verir ki, bunu Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində Fransa millisinin sabiq futbolçusu Rober Pires deyib.

Dünya və Avropa çempionu tədbirdə müzakirə edilən mövzuların çox faydalı olduğunu sözlərinə əlavə edib.

Pires sabiq komandası "Arsenal"a azarkeşlik etmək üçün iki həftə sonra yenidən Azərbaycana gələcəyini bildirib: "Finalı udsaq, Çempionlar Liqasına düşəcəyik. Bakı Avropa Liqasının finalı üçün çox yaxşı yerdir".

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal" və "Çelsi" üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti