"Çelsi" Bakıdakı finaldan sonra baş məşqçisini istefaya göndərəcək

16 May 2019 09:24 Avropa Liqası 420
"Çelsi" Bakıdakı finaldan sonra baş məşqçisini istefaya göndərəcək

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının Bakıda keçiriləcək final matçından sonra istefaya göndəriləcək.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun sahibi Roman Abramoviç Londonun digər təmsilçisi “Arsenal” ilə həlledici oyunun nəticəsindən asılı olmayaraq,

60 yaşlı italiyalı mütəxəssisi yola salacaq. Rusiyalı iş adamı ötən yay “Çelsi” ilə 2021-ci ilin iyulunadək müqavilə bağlayan Sarrinin azarkeşlərlə gərgin münasibəti ilə əlaqədar olaraq, belə bir qərar verib.

“Çelsi” ötən həftə başa çatan İngiltərə Premyer Liqasında 3-cü yeri tutub. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final görüşü saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti