Bakıdakı Avroliqa finalı üçün satışın növbəti mərhələsi başlayır

16 May 2019 08:36 Avropa Liqası 443
Bakıdakı Avroliqa finalı üçün satışın növbəti mərhələsi başlayır

Bakıda keçiriləcək Avropa Liqasının final oyunu üçün bilet satışının növbəti mərhələsi həyata keçiriləcək.

Sportinfo.az xəbər verir ki, üçüncü mərhələyə yaxın günlərdə start veriləcək.

İlkin mərhələdə biletlər UEFA tərəfindən onlayn satışa çıxarılıb, sonra isə Bakı şəhərindəki müxtəlif satış nöqtələrində biletlərin fiziki satışı təşkil olunub.

Satış prosesinin üçüncü mərhələsi üçün ayrılmış biletlər yaxın günlərdə UEFA tərəfindən təqdim olunacaq və paytaxtımızdakı müxtəlif satış nöqtələrində satılacaq.

Biletlərin satışı ilə bağlı əlavə məlumat veriləcək. Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal" və "Çelsi" üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti