"Çelsi"nin ulduzu Bakıdakı final qarşılaşmasını buraxa bilər

16 May 2019 15:00 Avropa Liqası 516
"Çelsi"nin ulduzu Bakıdakı final qarşılaşmasını buraxa bilər

"Çelsi"nin futbolçusu Ruben Loftus-Çik Bakıda keçiriləcək Avropa Liqasının final matçını buraxa bilər.

Sportinfo.az xəbər verir ki, ABŞ-ın "New England Revolution" komandası ilə yoldaşlıq matçının 46-cı dəqiqəsində meydana daxil olan 23 yaşlı yarımmüdafiəçi 20 dəqiqə sonra zədələnib.

Sol ayaq biləyindən xəsarət alan Loftus-Çik oyuna davam edə bilməyib. O, stadionu çəliklə tərk edib.

Oyunçunun Avropa Liqasının finalında iştirakı sual altındadı. Görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 6 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti