Fiqudan Bakıya təbrik mesajı: "Əminəm ki, hazırsız" - VİDEO

15 May 2019 11:36 Avropa Liqası 531
Fiqudan Bakıya təbrik mesajı: "Əminəm ki, hazırsız" - VİDEO

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu Bakıdakı UEFA Avropa Liqasının final oyununun könüllülərinə təbrik mesajı göndərib.

Sportinfo.az xəbər ki, 46 yaşlı veteran futbolçu final üçün yaradılmış Könüllülər Proqramına müraciət mərhələsində rekord göstəricinin qeydə alınmasına görə bu addımı atıb

Könüllülər Proqramına qoşulan iştirakçıları salamlayan sabiq yarımmüdafiəçi bu tədbirin bir hissəsi olduqları üçün onlara təşəkkür edib:

"Əminəm ki, Bakıda keçiriləcək unudulmaz final oyununa hazırsınız. Bizimlə birlikdə çalışacağınız bu futbol macərasında hər birinizə uğurlar arzulayıram", - Luiş Fiqu bildirib.

Final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Könüllülər Proqramına dekabrın 13-dən yanvarın 31-dək davam edən qeydiyyat prosesində 3000-dən çox könüllü qeydiyyatdan keçib.

Bununla da UEFA Avropa Liqasının, eləcə də UEFA klub yarışlarının finalı tarixində ilkə imza atılıb.

"Çelsi" və "Arsenal" arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Fiqunun könüllülərə müraciəti:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti