Bakıda keçiriləcək Avropa Liqasının final matçı dünyanın ən böyük ekranında nümayiş olunacaq.
Sportinfo.az xəbər verir ki, "Çelsi" və "Arsenal" arasındakı görüş Moskvada "Music Media Dome"nin ən böyük proyeksiya ekranında göstəriləcək.
Avropa Liqasının finalı ilə yanaşı, həmin məkanda Çempionlar Liqasında İngiltərənin "Liverpul" və "Tottenhem" komandalarının da duelinə baxmaq olacaq.
Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Çempionlar Liqasının finalı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddə Vanda Metropolitano stadionunda olaca

