“Arsenal” və “Çelsi” 3 gün Bakıda hər yeri ələk-vələk edəcək

13 May 2019 18:00 Avropa Liqası 524
“Arsenal” və “Çelsi” 3 gün Bakıda hər yeri ələk-vələk edəcək

Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq.

Səfər çərçivəsində final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq. Mayın 29-da keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti