ROKKİ - Bakıdakı Avropa Liqasının final matçının hakimi

13 May 2019 17:12 Avropa Liqası 510
ROKKİ - Bakıdakı Avropa Liqasının final matçının hakimi

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşmasının hakimləri açıqlanıb.

"Arsenal" və "Çelsi"nin oyunu italiyalı hakimlər briqadasına həvalə olunub.

FIFA referisi Canluka Rokkiyə yan xətt hakimləri qismində Filippo Meli və Lorenzo Manqanelli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

Həlledici görüşdə əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrratidi.

Ona bu işdə həmyerlisi Marko Quida və Polşadan olan Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundan kənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq.

45 yaşlı Rokki 2008-ci ildən FIFA referisidir. O, cari mövsümdə Çempionlar Liqasında 6 oyun idarə edib.

Rokki ilk dəfə Avropa Liqasının finalında əsas hakim olacaq. İtaliyalı daha öncə 2010-cu ildə "Fulhem" və "Atletiko", 2017-ci ildə isə "Ayaks" və "Mançester Yunayted"in qarşılaşmasında 4-cü hakim funksiyalarını yerinə yetirib.

2017-ci ildə isə o, "Real Madrid" (İspaniya) və "Mançester Yunayted" komandaları arasında UEFA Super Kuboku matçında baş hakim olub.

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti