“Bakıya titul üçün gedəcəyik”

13 May 2019 16:24 Avropa Liqası 385
“Bakıya titul üçün gedəcəyik”

“Finala çıxdığımız üçün şadıq - bu, çox çətin yarımfinal idi”.

Sportinfo.az xəbər verir ki, bunu “Çelsi”nin kiperi Kepa Arrisabalaqa deyib.

Qapıçı Avropa Liqasının yarımfinal mərhələsinin “Ayntraxt”la (Almaniya) cavab oyunu barədə fikirlərini bildirib.

K.Arrisabalaqa mayın 29-da Bakıda keçiriləcək final matçında kuboku qazanmaq arzusunda olduqlarını vurğulayıb:

“Hər iki oyun ağır oldu. “Ayntraxt” çox yaxşı, çox güclü komandadır. İndi biz xoşbəxtik, Bakıdakı finala yüksəldiyimizə sevinirik.

Finalda London derbisi olacaq. Bu, çox qeyri-adidir. Həmin matçda hər şey ola bilər. Matça lazımi səviyyədə hazırlaşacağıq. Bakıya titul üçün gedəcəyik”.

“Çelsi” hər iki oyunu 1:1 hesabı ilə başa çatan dueldə penaltilər seriyası ilə qələbə qazanıb – 4:3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti