Kloppun açıqlamasını oxudum yadıma düşdü.
Yaranan gündən az qala AZAL-ın daimi müştərisiyəm.
Xoşagəlməz hadisələr az olmayıb, amma son uçuşumda yaxşı mənada təəccübləndim.
Ekonomda olan servis biznesdən geri qalmırdı. Qeydiyyatdan keçən andan sona qədər yalnız pozitiv yaşadım.
Hətta baqaj bağlayan dayday əvvəl dediyi qiymətdən ikiqat artıq almaq istəyəndə, "qalığı qaytar" deməyimə "xətrimə dəyirsən" cavabı ilə az qalmışdı gülməkdən öldürsün,
Kloppu kim qızışdırıb, bilmirəm. Ümumiyyətlə, Avroliqa finalının "Liverpul"un baş məşqçisinə nə isti-soyuğu var, anlamıram.
Amma müəllim bilməlidi ki, keyfiyyətcə «British Airways»i üstələyən AZAL-ın Londondan Bakıya birbaşa reysləri var. Güman ki, finalla bağlı reyslərin sayı artırıla da bilər.
Bakıda günü 2700 funt-sterlinqə ev yoxdu. Ümumiyyətlə, Bakıda hər şey Londondan xeyli ucuzdu, o cümlədən də, otellər, kirayə evlər və s.
Bakı Londondan daha gözəl şəhərdi, azərbaycanlılar ingilislərdən daha mədəni və istiqanlı xalqdı.
İngiltərədə pivə yalnız kinolarda iki penniyə ola bilər. Londonda hər şey, o cümlədən, pivə Bakıdan qat-qat bahadı.
Klopp özünə, klubuna dəxli olmayan və dediyi kimi anlayışı olmadığı məsələlər haqda ağzına gələni danışmaqdansa, gedib bir yerini qaşıyıb "Tottenhem"lə finala hazırlaşsa, yaxşıdı.
Ya da AL finalında da xatırlanmaq üçün belə edir. Bu gedişlə mayın 29-u Olimpiya stadionunda azarkeşlərimiz "Klopp dötdü" banneri aça bilər.
Nemsə köpay uşağı.
P.S. İndi diqqətlə təkrar oxudum ki, 2700 funt söhbətini Madrid haqda deyib. Amma istənilən halda çərənləyib və özünü gülməli duruma salıb. Azərbaycanda olan xeyli azarkeşini də itirdi...
Anar Şabanoğlu

