Nazirlik: "Bakıda Mxitaryanın təhlükəsizliyinə təminatı verilir"

12 May 2019 15:00 Avropa Liqası 503
Nazirlik: "Bakıda Mxitaryanın təhlükəsizliyinə təminatı verilir"

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, deyilənlər heç bir reallığa sığmır.

Nazirlik rəsmisi fikirlərini belə əsaslandırıb: "Əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib".

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada "Arsenal"ın rəqibi "Çelsi" olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Avqust 17:30 Çək və bizə göndər!